Mətanət İsgəndərli 61 yaşını belə qeyd etdi
Əməkdar artist Mətanət İsgəndərli ad gününü qeyd edib.
Demedia.az xəbər verir ki, Gəncədə olan ifaçıya dostları sürpriz hazırlayıb. 61 yaşı tamam olan müğənni bildirib ki, artıq ikinci dəfədir özəl gününü Gəncədə qeyd edir:
"Gecənin bir aləmi toydan yorğun gəlmişik. Mənə deyirlər ki, paltarını soyunma. Sırğamı da çıxartmağa qoymadılar. Deyirlər evdə çəkiliş edəcəklər. Düşünürəm ki, bu nə çəkilişdir".