“Məni Nazpəri bilib başımdan pullar tökdülər, dinmədim” - Afət Fərmanqızı



 14:30 31.07.2024     430

“Rusiyada məclislərin birində məni Nazpəri Dostəliyeva bilib başımdan xəzəl kimi pullar tökdülər. Mən də dinmədim. Kim dinərdi ki. Amma sonda həmin kişi məndən xahiş etdi ki, telefonla onun xanımı ilə danışım. Onda vicdanım əl vermədi, dedim mən Nazpəri xanım deyiləm, Afətəm”.

Demedia.az -ın xəbərinə görə, bu fikirləri müğənni Afət Fərmanqızı qatıldığı şou-proqramlardan birində səsləndirib.

O, gəncliyində özünü Nazpəri Dostəliyevaya çox bənzətdiyini, lakin sonralar öz yolunu tapdığını söyləyib.