“16 qız yetişdirdim, heç biri qapımı açmır” - Xalq artisti



 15:30 13.09.2024     395

“Bayaq xəbər oxumuşam, yazıblar ki, Ceyran Haşımova xərcəng xəstəsi olub, ölümcüldür. Yalandır axı. Mən təzyiq xəstəsiyəm, təzyiqdən əziyyət çəkirəm. Belə xəbərləri yayanda mənim nə hala düşəcəyimi düşünmürlər?”.

 Bu fikirləri Demedia.az -a Xalq artisti, məşhur tarzən Ceyran Haşımova səsləndirib.

“Salam verənə ad paylayırlar. Mənim yetirmələrimə “Şöhrət” ordeni verilib, mənə yox. Azərbaycanda yeganə Xalq artisti adını almış tarzən qadınam. “Lalə” qızlar ansamblı dünyanı gəzib, onlarla böyük sənətkar yetişdirmişəm Nə zaman verəcəklər? Mən öləndən sonra? Məktub yazıram, cavab verirlər ki, gözlə. Nəyi gözləyim? Mən pedaqoq olmuşam, incəsənətimizə töhfələr vermişəm. Amma indi unudulmuşam”,- deyə o bildirib.

O qapısını heç kimin açmamasından gileylənib.

 “Heç kimin yadına düşmürəm! 90 yaşım var, gəlib baş çəkə bilərlər də. Hərdən zəng edənlər olur. Heç kimdən də incimirəm. 16 qız böyütmüşəm “Lalə” qızlar ansamblında. Heç biri qapımı açmır. Hamısı sağ olsun nə deyim. Hərənin öz dərdi var”,- deyə Xalq artisti bildirib.