“Bu biabırçılıq yığışdırılsın” - Elgiz parodiya edilməsi haqda



 14:59 01.05.2022     233

Aparıcı Elgiz Əkbər “Komedixana” proqramında parodiya edilməsinə münasibıt bildirib.

Demedia.az yazır ki, bu barədə o, “Elgizlə izlə” proqramında danışıb.

Elgiz verilişin adını çəkmədən deyib ki, öz parodiyası xoşuna gəlmir və bunun sonlandırılmasını istəyir:

“Mən özüm bir neçə nəfəri parodiya etməyi bacarıram. Bunu sevirəm. Məni də qədərində parodiya edən insanları bəyənirəm. Son zamanlar ayrıca bir bölüm kimi hazırlayırlar, çox pis edirlər. Heç bəyənmirəm, şit və bayağı alınır. Bir tamaşaçı kimi izləyib zövq almıram. Bunu etməsələr, daha yaxşı olar. Orada müəyyən elementlərə yol verirlər, sanki burada bir qərəz var. Elə etmək lazımdır ki, həmin insan da bəyənsin, gülsün. Baxıb dəhşətə gəlirsən ki, bu nə biabırçılıqdır. Həqiqətən biabırçılıqdır. Mən tədbirlər görəcəm. Müəyyən yerlərə müraciət edəcəm ki, bu biabırçılıq yığışdırılısın. Demirəm ki, etməyin, amma insanlarda ikrah yaratmasın”.

Qeyd edək ki, sözügedən proqramda E. Əkbəri aktyor Müşfiq Şahverdiyev təqlid edir.