Məşhur aktrisa və müğənni gözünü itirdi



 10:58 06.05.2022     489

Türkiyəli məşhur aktrisa və müğənni Gönül Yazarın səhhətində problem yaranıb.

Demedia.az olay-a istinadən xəbər verir ki, sənətçi sol gözünü tamamilə itirib. Bununla bağlı, onun yaxın dostu Onur Akay məlumat verib.

O bildirib ki, Gönül yıxılıb və gözü zədə alıb. Yazarın sağ gözünün də görməsində problem yaranıb, ona görə iki dəfə əməliyyat olunub.