“Verilişimə 700 mindən artıq pul xərcləmişəm” - Roza Zərgərli



 16:52 23.05.2022     307

Müğənni Roza Zərgərli aparısı olduğu “Tam vaxtıdır” verilişində maraqlı açıqlama verib.

Demedia.az yazır ki, sənətçi əvəllər aparıcılıq etdiyi “Bakı vaxtı ilə” verilişinə qoyduğu sərmayədən danışıb:

“23 ildə sənət və yaradıcılığımla öz möhrümü vurmuşam. Yaşıdlarım arasında birinciyəm. Mən hər zaman görkəmli şəxsiyyətlərimizə dəyər vermişəm. 7 il ərzində “Bakı Vaxtı ilə” kimi bir verilişin aparıcısı oldum. Verilişə 700 min manatdan artıq pul xərcləmişəm. O Azərbaycan mədəniyyəti üçün verdiyim töhfədir”, - deyə, Roza bildirib.