Neslihan Atagül Kadir Doğulu ilə seriala çəkilir



 13:24 29.05.2022     699

Son dəfə “Sefirin kızı” adlı serialda rol alan türkiyəli məşhur aktrisa Neslihan Atagül yeni layihələrlə ekranlara qayıdır.

Demedia.az xəbər verir ki, 2019-cu ildə Nare obrazını canlandıran aktrisa səhhəti ilə bağlı problemlə əlaqədar serialdan ayrılmışdı.

Atagül illər sonra həyat yoldaşı Kadir Doğulu ilə eyni layihədə baş rolu paylaşacaq.

“Gecenin ucunda” adlı serialın sentyabr ayında ekranlara çıxacağı gözlənilir.

Neslihan Atagülün digər layihəsi isə Türk kinosunun unudulmaz filmi sayılan, baş rolda Müjde Arın yer aldığı “Ah Belinda”dır. Filmdə Neslihan Atagül Serkan Çayoğlu ilə baş rolları paylaşacaq.

Xatırladaq ki, daha əvvəl Neslihan Atagül və Kadir Doğulunun təriqət liderinin yönləndirməsi ilə eyni layihədə baş rolları paylaşacaqları barədə xəbər yayılmışdı.