"Özləri fotoşopdan istifadə edir" - Aktrisa qınaqlara son qoydu
Mənə “fotoşop edir” deyənlər özləri fotoşopdan istifadə edənlərdir. Onların içləri, daxili aləmləri elədir. Gözəllik qalıcı deyil. Nur isə qalıcıdır. İnsan yaşlandıqca nurlanır, gözəlləşirsə bu, onun daxili gözəlliyindən xəbər verir”.
Demedia.az xəbər verir ki, bu sözləri Məleykə Əsədova MuzTV-yə açıqlamasında deyib.
Aktrisa formada qalmaq üçün çörək yemədiyini, təbii şirələr içdiyini deyir: “Hər səhər acqarına zeytun yağı ilə boranı suyu, gecələr isə kərəviz, kivi, zəncəfil suyu içirəm. Az, amma hər şeydən yeyirəm”.