“Tünzalənin ifası mənə qıcıq verir”
Müğənni Kərim Abbasovla Xalq artisti Tünzalə Ağayeva arasında qalmaqal yaranıb.
Demedia.az yazır ki, buna səbəb Ağayevanın digər ifaçı Türkan Vəlizadəni tənqid etməsi olub.
Mövzu ilə bağlı “Şourum”a danışan Kərim Türkanı müdafiə edib və Tünzaləyə irad bildirib:
“Türkan öz janrında oxuyur. Onu duraq vuraq? “Məndən yoxdur, oxumağım bir nömrədir” demək nəyə lazımdır? Sevda xanım (Əməkdar artist Sevda Ələkbərzadə) Tünzalə xanım kimi ifaçılar çox olsa, onlar görünməzdi. Sevinsinlər ki, Türkan kimi ifaçılar var ki, seçilirlər. Mən Sevda Ələkbərzadəyə saatlarla qulaq asa bilərəm. Amma Tünzalə xanımı dinləyəndə yoruluram.
O, ifasında müəyyən boğazlar vurur. O mənə qıcıq verir, ətim ürpənir. Baxmayaraq ki, illərlə səsini düzəltmək üçün vokalist yanına gedib. Lakin o boğazları düzəldə bilmir. Filankəs Xalq artistidirsə, onun haqqında danışmaq olmaz və sairə.. Bunlar boş-boş söhbətlərdir. Kiminsə ifasına faciə deyirsənsə, mən də onun üçün söyləyirəm. Qulaq asa bilmirəm, əsəbləşirəm, radioda çıxanda dəyişirəm”.
Qeyd edək ki, Ağayeva yenə həmin verilişdə Türkanın ifasını tənqid etmiş, “faciə” adlandırmışdı.