Castin 100 milyon qazandı



 17:09 01.06.2022     286

Dünyaca məşhur müğənni Castin Timberleyk musiqi kataloqunun haqlarını satıb.

Demedia.az  yazır ki, sənətçi bir ingilis şirkəti ilə razılaşıb.

Məlumata görə, Timberleyk “SexyBack”, “Mirrors” və “Cry Me A River” kimi məşhur mahnılarının yer aldığı albomu 100 milyon dollara bazarlayıb.

41 yaşındakı müğənni məsələ ilə bağlı danışaraq bu işbirliyinə görə həyəcanlı olduğunu bildirib. Sənətçinin kataloqunun haqlarını alan şirkət Timberleykin müəllif hüquqlarında, maddi gəlirlərində və gələcək layihələrində söz sahibi ola biləcək.