“Netflix” serial çəkmək üçün Bakıya gələcək



 17:58 06.06.2022     422

“Netflix” platformasının çəkiliş qrupu “Formula 1: Drive to Survive” serialının növbəti mövsümünün çəkilişlərini davam etdirmək üçün Bakıya gələcək.

Demedia.az952 yazır ki, Formula 1 və Netflix rəsmi olaraq “Drive to Survive”in 5 və 6-cı mövsümlər üçün yeniləndiyini açıqlayıb. 5-ci sezonun çəkilişləri Azərbaycanda davam edəcək.

Qeyd edək ki, dördüncü mövsüm dünyanın 56 ölkəsində ilk 10-luqda yer alır. Hazırda serialın beşinci sezonu çəkilir və 2023-cü ildə yayımlanacaq.

Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçiriləcək.