Efirdən qovulan müğənninin meneceri gizlinləri açdı: "Zaur bilərəkdən..."
Cənubi Azərbaycandan olan müğənni Afşin Azərininin meneceri Elman İbrahimli ifaçının ARB televiziyasında yayımlanan "Həmin Zaur" verilişində canlı yayımdan qovulmasına münasibət bildirib.
Demedia.az xəbər verir ki, Afşin Azərinin meneceri Elman İbrahimli açıqlamasında Zaur Kamalla ifaçı arasında baş verən qalmaqalın səbəbindən danışıb: "Əslində ciddi heç bir səbəb yoxdur. Açıqlama lazım olsa, Afşi Azərin danışacaq. Bəzi anlaşılmazlıq olub. Afşin Azəri verilişdən öncə qeyd edib ki, proqrama çağırılırsa, səviyyəmə uyğun insanlar çağrılmalıdır. Ola bilər, birinin biriylə problemi var və digər ilə çıxmaq istəmir. Afşin bu fikri bildirərkən söz-söhbət yarandı. Bu hal yaşanmasaydı daha yaxşı olardı".
"Zaur Kamal bu hərəkəti bilərəkdənmi etdi" sualına cavabda Elman İbrahimli bildirib ki, bunu Zaur Kamal özü və Allahı bilər: "Efirdə belə bir hərəkət yaxşı deyildi. Efirə milyonlar baxır. Ən azından tamşaçılara hörmət edib, efirdən öncə deyərdi ki, televiziyaya çıxma".
İfaçının meneceri aparıcı ilə qonağın efir qalmaqalının qurama olması haqda yayılan iddialara da cavab verib: "Afşin Azərinin belə qalmaqala ehtiyacı yoxdur. Burada da, İranda da onu tanıyan tanıyır... O, qalmaqala meyilli insan deyil. Bu hal Afşinin iradəsindən kənar baş verdi".
“ARB Media Qrupu”nun mətbuat katibi Mail Əsgərov isə məsələ ilə bağlı saytımıza açıqlamasında belə dedi: "Bu məsələ araşdırılır, mediyaya açıqlama veriləcək".
Qeyd edək ki, Zaur Kamal və Cənubi Azərbaycandan olan müğənni Afşin Azərin arasında ötən gün "Həmin Zaur" verilişinin canlı yayımında mübahisə yaranıb. Aparıcı Afşin Azərini efirdən qovub.//Teleqraf.com