İbrahim Tatlısesin məşhur mahnısının sözlərini AZƏRBAYCANLI MEYXANAÇI YAZIB - VİDEO



 18:44 05.07.2022     1072

Meyxanaçı Yaşar Qafanlı yeni açıqlaması ilə gündəm olub.

Demedia.az xəbər verir ki, "7 canlı" verilişinə dəvət olunan sənətçi yerli sənət aləmindəki müğənnilərin ifa etdiyi mahnıların böyük əksəriyyətinin meyxanaçılar tərəfindən yazıldığını deyib.

Proqram zamanı Yaşar heç kimə məlum olmayan bir məqamı da açıqlayıb. O, həmkarı Vüqar Əbdülovun türk sənət musiqisinin imperatoru İbrahim Tatlıses üçün mahnı sözləri yazdığını bidirib. Həmin ifa "Sənsiz necə gülər yarım" ("Senden insaf diler yarin") adlanır.