“İş adamları tələbələrim olub”



 19:17 18.07.2022     471

Xalq artisti Tünzalə Ağayeva Tovuzda pedaqoq fəaliyyətindən danışıb.

Demedia.az yazır ki, müğənni bu sözləri “Zaurla Günaydın” proqramına qonaq olarkən deyib. 

“Mən qiyabi oxuya-oxuya 8 il müəllim kimi işləyirdim. Tədbirlərdə qarşıma tələbələrim çıxır.Çox sevinirəm. Bu, başqa bir hissdir, iş adamları tələbələrim olub. Elə peşə və qurumlarda çalışırlar ki… Yaxınlaşıb, “Tünzalə müəllimə” deyə müraciət etmələri başqa bir hissdir. Çoxdandır bu sözü eşitdmirəm”, - deyə Ağayeva bildirib.