Ruhi Əliyeva dəbdəbəli malikanəsində əkizlərinə ad günü keçirdi - FOTO
Ötən gün iş qadını Ruhi Əliyevanın övladlarının 10 yaşı tamam olub.
Demedia.az "Baku.ws"ə istinadən xəbər verir ki, o, yaxın dost və tanışlarını bir araya toplayaraq əkiz övladları Muhammed və Hasanın yeni yaşını qeyd edib.
Ad günü məclisi Ruhinin Türkiyənin Bodrum şəhərində yerləşən dəbdəbəli malikanəsində baş tutub.
Ruhi təmtəraqlı məclisdən lentə alınan foto və videoları şəxsi instaqram hesabında yayımlayıb. O, övladlarına xoş sözlərini bildirərək onları təbrik edib:
"Bu gün mənim ən böyük minnətdarlığım, sonsuz şükürlərim Allahadır ki, sizi mənim həyatıma pay verdi. Mənə səbri, daha gözəl sevməyi, daha mərhəmətli olmağı öyrətdiyinizə görə, həyatıma gəlib də rəng qatdığınıza görə rəbbimə hər zaman minnətdar olacam…
Mənə bu dünyada cənnəti yaşadan Muhammedim və Hasanım, 10 yaşınız mübarək. Gülüşünüz ən böyük sərvətimdir. Siz və sizin timsalınızda bütün balalar hər zaman xoşbəxt olsun. Yaxşı ki, varımsınız, can parçalarım!"
Əliyeva əkizlərinin görüntülərini paylaşsa da, ənənəsinə sadiq olaraq onların üzünü gizlədib.