Burak Özçivitin pul qarşılığında yemək yediyi qadınların kimliyi bilindi: Hamısı tanınmışdır - FOTOLAR

 23:58 25.07.2022     1073

Rusiya səfəri zamanı türkiyəli aktyor Burak Özçivitlə yemək yeyən qadınların kim olduğu məlum olub.

Demedia.az xəbər verir ki, pul ödəyərək türk aktyorla yemək yeyənlərdən bəziləri fotoları ilə keçmiş “Playboy” nəşrinin üz səhifəsində yer alan qadınlar olub. Onların arasında hazırda müğənnilik edən Olqa Buzova və Natalia Rudova da var.

Qeyd edək ki, Burak Özçivit Rusiyaya səfəri zamanı Moskvada bir neçə qadınla yemək yemişdi. Aktyor restorandan çıxarkən izdihamla qarşılanmışdı.