Bred Pitt məşhur yazarın evini 40 milyona aldı



 09:58 28.07.2022     1119

Bred Pitt yazıçı D.L.Ceyms üçün 1918-ci ildə tikilən malikanəni 40 milyon dollara alıb.

Demedia.az xəbər verir ki, bu barədə “Deyli Meyl” yazıb.

Mülk Kaliforniyanın mərkəzi sahili boyunca Karmel-Haylends qayalıqlarında yerləşir. Bina 20-ci əsrin əvvəllərində görkəmli memar Çarlz Samner Qrin tərəfindən layihələndirilib.

Rieltorlar bu alqı-satqını son illərin ən bahalı əməliyyatı sayır.