Paltarlarını satıb 500 uşağı oxutdu
Türkiyəli model Tülin Şahin imkansız və kimsəsiz uşaqları sevindirib.
Nexeber.az axşam.az-a istinadən bildirir ki, Şahin 280 paltarını satışa çıxarıb. Onun geyimləri 2 il içində sosial şəbəkədə satılıb.
Tülin əldə etdiyi gəliri 500 uşaq və gəncin təhsilinə bağışlayıb. Model qızı Leylanın geyim və oyuncaqlarını da kimsəsiz uşaq evlərinə bağışlayıb.