Sənətçidən açıq geyinən qadınlara dəstək: Niyə qapalı geyinənlər tənqid olunmur? - FOTO
Geydiyi açıq geyimlərlə bağlı etirazlarla üzləşən türkiyəli müğənni Gülşənə sənətçi Haticədən dəstək gəlib.
Demedia.az xəbər verir ki,o, Gülşənin geyim tərzinin tənqid edilməsinin onun şəxsi həyatına müdaxilə olduğunu ifadə edib:
“Bunu öz iradəsiylə edirsə və açıq geyinmək günahdırsa o biri tərəfdə hesabını verəcək. Mənim başa düşmədiyim budur ki, çox açıq geyinən tənqid olunursa, bəs qapalı geyinənlər, çarşab geyinənlər niyə tənqid olunmur? Gülşən əslində hamımızın yerinə ərəblərə cavab verir. Mən açıq geyinməyinə deyil, verdiyi mesaja baxıram”.
Qeyd edək ki, Gülşən açıq geyindiyinə görə, din adamlarının tənqidinə məruz qalıb. Gülşən onun tənqid edən din adamlarına xoşagəlməz cavablar verib.