Qəzaya düşən Tatlısəs əlil arabasında konsert verdi - VİDEO
Dünən baş verən yol-nəqliyyat hadisəsi zamanı ayağı sınan sənətçi İbrahim Tatlısəs qəzadan 12 saat sonra əlil arabası ilə səhnəyə çıxaraq konsert verib.
Demedia.az xəbər verir ki, konsert zamanı sənətçi bir tərəfdən mahnılar oxuyub, digər tərəfdən də pərəstişkarlarına yaşadığı qəzanı danışıb.
Qəzadan sonra atasını tək buraxmayan Tatlısəsin övladları Dilan və İdo da konsert zamanı onun yanında olublar.
“Bu gün yol qəzasına düşdük. Allaha qurban olum, mələklərini göndərdi. Ya Rəbbim, sən nə qədər böyüksən, sənin böyüklüyünə inanmayan kafirdir”, - deyərək müğənni qəza anında yaşananları tamaşaçılarla bölüşüb.
Xatırladaq ki, dünən səhər saatlarında sənətçi İbrahim Tatlısesin də olduğu mikroavtobus qəzaya düşüb. O, digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.