Ancelina Coliylə bağlı ŞOK İDDİA



 13:07 11.09.2022     504

Naşir Yan Venner amerikalı aktrisa Ancelina Coliylə bağlı maraqlı faktı açıqlayıb.

Demedia.az xəbər verir ki, dünya mediasında “Rolling Stone”-nun naşiri Yan Vennerin xatirələri dərc olunub və orada Colinin illər əvvəl Bred Pittlə birgə şəklinin çəkilməsini paparassilərə sifariş etdiyi iddia olunub.

Foto 2005-ci ildə Coli və Pittin münasibətlərinin yenicə başladığı dönəmlərdə, Keniyada çimərlikdə çəkilib. Hələ o zaman Pitt aktrisa Cennifer Enistonla evliydi.

Həmin illərdə “Us Weekly” jurnalının sahibi olan Vennerin dediyinə görə, jurnalın fotoqraflarından birinə Ancelina və Bredin istirahət etdiyi yerlə bağlı ipucu verilib. Onun sözlərinə görə, məlumat verən Coli olub. Aktrisa fotoqrafa onun Pittlə harada və nə vaxt gizli şəklini çəkə biləcəyinə dair bütün məlumatları verib.

“Bizim fotomuz, sübutlarımız var idi. Əlimizdə dünya miqyaslı sensasiya var idi- Brangelinanın debütü,”- Venner kitabında yazır.

Pitt və Coli ilk dəfə 2004-cü ildə "Cənab və xanım Smit"in çəkiliş meydançasında tanış olublar. Şayiələrə görə, daha sonra onlar arasında sevgi münasibətləri başlayıb. Bir il sonra isə Pitt Enistonla beş illik evliliyini sonlandırıb.