DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə bağlı araşdırmaya başladı



 13:58 11.02.2021     193

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimin qızını döyməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Nexeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan fotoların təfərrüatı ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır:

“Vətəndaş Aynur Vaqif qızı Həmidova polis bölməsinə dəvət olunub və izahatı alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı fotoları sosial şəbəkədə yaysa da, bu barədə polisə müraciət etməyib.