Məşhur türkiyəli model xəstəxanaya yerləşdirildi
Ötən gün koronavirusa yoluxan türkiyəli keçmiş model Dəniz Akkayanın vəziyyəti ağırlaşıb və o xəstəxanaya yerləşdirilib.
Bu barədə Akkaya “Instagram” hesabında yazıb:
“Evdə öhdəsindən gələ bilmədim, təkid etmək mənasızdır, xəstəxanaya köçürüldüm”.
Onun sözlərinə görə, həyatında heç vaxt ağır xəstəlik yaşamayan biri kimi koronavirus ona çox çətin gəlib:
“Yəqin ki, bir müddət xəstəxanada qalacağam”, - deyə məşhur model qeyd edib.