3 dəfə sinə əməliyyatı etdirən qadın peşimandır - Hər gün söyülürəm - FOTO
33 yaşlı Tracy son 15 il ərzində dəfələrlə plastik əməliyyat etdirib.
Nexeber.az xarici mətbuata istinadla bildirir ki, İngiltərədə yaşayan Treysi ilk dəfə 2006-cı ildə bıçaq altına yatıb. Xarici görünüşü ilə bağlı narahatlıq keçirən qadın ilk dəfə sinəsini əməliyyat etdirib.
3 dəfə sinəsini əməliyyat etdirən Treysi həmçinin omba böyütmə əməliyyatı keçirib, burnunu kəsdirib, üzündə bəzi dəyişikliklər etdirib. O, hətta, cinsiyyət orqanını da əməliyyat etdirib.
2 uşaq anası olan Treysi bildirib ki, xarici görünüşü üçün 50 min funt-sterlinq dən ( təxminən 70 min dollar ) çox pul xərcləyib.
O, hazırkı görünüşündən razı qalsa da, ona ünvanlanan şərhlərdən bezib. Belə ki, Treysinin dediyinə görə, ona yazılan mesajlardan 99 faizi söyüşdür. Mesajları yazanlar isə elə həmcinsləridir.
Nexeber.az milli.az-a istinadən əməliyyatı üçün 70 min dollar xərcləyən Treysinin şəkillərini təqdim edir: