Marsın səthindən yeni səslər paylaşıldı - VİDEO



Elm
 09:33 13.03.2021     832

NASA Marsdakı səslərlə bağlı iki yeni audio paylaşıb.

Nexeber.az xəbər verir ki, bu barədə Kosmik Agentliyin Mətbuat Xidmətindən məlumat yayıb.

Külək səsinin əks olunduğu audio əvvəlki çəkilişdən daha yüksəksəsli çıxıb. Məsələ burasındadır ki, ötən dəfə rover Marsa endikdən dərhal sonra - sistem hələ aktivləşməmiş qeydiyyat aparmışdı, bu isə audionun zəif düşməsi ilə nəticələnmişdi.

Bundan əlavə, "Perseverance" lazerlə parçaladığı daşların çaqqıltısını da yazıb. Bu səslər yerli süxurların toxumasının tərkibini və digər xüsusiyyətlərini müəyyənləşdirməyə kömək edəcək. (publika.az)