Son gündə 16 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb



 18:03 03.01.2023     1015

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Deedia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Ölkədə bu günədək ümumilikdə 826 462 nəfər COVID-19-a yoluxub. Onlardan 816 054 nəfər müalicə edilərək sağalıb, 10 008 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 400 nəfərdir.

Son gündə 973, bu günədək 7 433 695 test aparılıb.