Məktəblərin açılması xəbərlərinə Təhsil Nazirliyindən cavab



 15:23 19.01.2021     169

Tədrisin ənənəvi qaydada bərpası və hansı tarixdə başlaması ilə bağlı müxtəlif saytlarda əks olunan informasiyaların heç biri Təhsil nazirliyinə istinadən verilməyib.

Nexeber.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İctimiaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün sosial şəbəkədəki səhifəsində yazıb:

"Bunlar sadəcə jurnalist versiyalarıdır. Gəlin, 22 yanvar tarixində cənab nazirin iştirakı ilə olacaq press brifinqi gözləyək".