Çində qar uçqunu - 28 nəfər öldü

 22:41 20.01.2023     569

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində avtomobil tunelinin yaxınlığında baş verən qar uçqunu nəticəsində 28 nəfər ölüb.

Demedia.az xarici mətbuata istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı cümə günü axşam başa çatıb.

Qar uçqunu çərşənbə axşamı axşam Nyinçi şəhəri yaxınlığında baş verib. Xilasedicilərin sözlərinə görə, buna səbəb bölgədə güclü külək və temperaturun yüksəlməsi ola bilər. Xilasetmə əməliyyatına mindən çox insan cəlb olunub.