Bakıda evlərin bir addımlığındakı təhlükə - VİDEO

 10:42 22.01.2023     347

Günümüzün bəlasına çevrilən narkotiklər əslində hər kəs üçün təhlükə mənbəyidir.

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov küçəsində yaşayan sakinlər üçün bu təhlükə evlərinin bir addımlığındadır.

Bildirilir ki, yarısökülü tikintidə narkotik istifadəçiləri məskən salıblar.

Məsələyə biganə qalmayan aidiyyəti qurumların əməkdaşları çəkiliş aparılan müddətdə əraziyə gələrək baxış keçiriblər və məkanın təmizliyinə başlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı deyib ki, həmin ərazidə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

“Belə neqativ əməllə məşğul olan şəxslər barədə həmin ərazidə yaşayan əhali də polis əməkdaşlarına məlumat verirlər. Keçirilən tədbirlər nəticəsində həmin neqativ əməllərin qarşısı alınır”.