Xameneinin bacısı oğlu rejimi devirməyə çağırdı
İranın dini lideri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani Tehran rejimini devirməyə çağırıb.
Demedia.az xəbər verir ki, o, bunu yanvarın 26-da Parisdə keçiriln mətbuat konfransında deyib.
O, Xameneini legitimliyi olmayan şəxs adlandırıb və onun hakimiyyətinin süqutunun tezləşdirilməsi üçün fəaliyyətlərin genişləndirilməsinə təkid edib.
Muradxani dini lideri millətin qəssabı və iranlılar arasında ən nifrətə layiq şəxs adlandırıb və bildirib ki, rejim ideoloji əsaslar üzərində qurulduğuna görə islahatlar aparmaq mümkün deyil.