Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlanır - RƏSMİ
Sabah Bakıda 20 yanvar faciəsi ilə bağlı bəzi yollar bağlı olacaq.
Nexeber.az xəbər verir ki, bu sözləri Lent.az-a Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmərəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, yanvarın 20-də Şəhidlər Xiyabanının ziyarət olunması ilə bağlı Parlament prospekti ilə kəsişmədə bütün küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır və dəyişdirilir:
“Belə ki, səhər saat 7:00-dan Şəhidlər Xiyabanı istiqamətində Mehdi Hüseyn küçəsi 1 (teleteatr binası yanından), İzzət Nəbiyev küçəsi (Milli Məclis binasının arxasından), Milli Qəhrəman Şövqiyar Abdullayev küçəsi ilə Parlament prospekti kəsişməsindən, Parlament və Hüseyn Cavid prospektlərinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən eləcə də, Mikayıl Müşfiq dairəsi Mətbuat prospekti kəsişməsindən avtomobillərin istiqaməti dəyişdirilir.
Ziyarətçilərin təhlükəsizliyi üçün avtomobil sahibləri qeyd edilən küçələrdən deyil və alternativ yollardan istifadə etməlidir. Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində ziyarət zamanı 5 nəfərdən artıq hərəkət etməməli, qoruyucu maskadan istifadə olunmalıdır. Ziyarətçilərdən xahiş olunur ki, şəxsi nəqliyyat vasitələrindən yox, ictimai nəqliyyatdan istifadə etsinlər. Bundan əlavə, bir dəqiqəlik sükut da nəzərdə tutulub ki, bu zaman hərəkətdə olan nəqliyyat vasitələri dayanmalı və şəhidlərimizin ruhunu yad etməlidir”.