Eyvazov özünü yandıran polisi işdən çıxardı



 18:10 04.03.2021     672

Özünü yandıran polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Nexeber.az Unikal.org-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Fətiyev Miri Bəxtiyar oğlu vəzifəsindən azad olunub.

Qeyd edək ki, keçən ilin dekabr ayında rayonun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üzərində gəzdirdiyi yanacağı üstünə tökərək özünü yandırmmışdı.