Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub.
Nexeber.az Trend-ə istinadən bildirir ki, iclasın martın 6-da keçiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 6 iclası keçirilib və daxil olan müraciətlərin 650-dən çoxuna baxılıb.
İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.