Zəngilanda 30 il sonra ilk körpə dünyaya gəldi
Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.
Bu barədə Demedia.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 15-də anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən nazirliyin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb və doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.