Bakıda ağır qəza: 22 yaşlı gənc xəstəxanalıq oldu



 12:57 07.03.2021     201

nexeber.az Milli.Az-a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 1999-cü il təvəllüdlü Əliyev Tural Nizami oğlu xəsarət alıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkim müayinəsindən sonra ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.