SOCAR təhlükəsizlik tədbirlərini gücləndirib
SOCAR Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi və küləkli olmasını nəzərə alaraq dəniz platformalarında təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
O bildirib ki, açıq səthlərdə aparılan işlər məhdudlaşdırılıb, vəziyyət daimi monitorinq altındadır:
“Adətən küləyin sürəti 28-30 m/s-dən aşağı olanda işçilərin təxliyəsi haqqında qərar verilmir. Bizdə olan məlumata görə, bu günlərdə küləyin sürəti arabir 25 m/s-ə qədər yüksələcək. Buna görə hazırkı vəziyyətdə işçilərin təxliyə olunması nəzərdə tutulmur”.