Deputat qiymət artımını tənqid etdi
Milli Məclisin iclasında deputat Əli Məsimli Azərbaycanda qiymət artımından danışıb.
Nexeber.az-ın oxu.az-a istinadən məlumatına əsasən, Ə.Məsimli bildirib ki, monopolistlər müxtəlif bəhanələrlə qiymətləri hər gün artırırlar.
“İndi Novruz bayramı ərəfəsidir. Monopolistlər isə istəyir ki, qiymətləri bayrama görə bir az da qaldırsınlar”, - deyə Ə.Məsimli əlavə edib.
O qeyd edib ki, Azərbaycanda monopoliyaya son qoyulmalıdır və iqtisadi azadlıqlar genişləndirilməlidir.