Avtomobil qəzası nəticəsində 800 abonent qazsız qalıb - VİDEO
Gecə saatlarında Tovuz rayonunun H.Əliyev prospektində diametri 108 mm olan qaz xətti avtomobil qəzası zamanı yararsız hala düşüb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.
O bildirib ki, qəza nəticəsində 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb:
“Şəmkir Regional Qaz İstismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və səhər saatlarından qaz təminatının bərpası işlərinə başlanılıb”.