Güclü qar gəlir: Evə getməyə avtobus olacaqmı? - Açıqlama
Bu gündən etibarən respublika ərazisində hava şəraiti dəyişəcək, martın 12-də günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, martın 12-dən 13-nə keçən gecə -1 dərəcə olacaq.
Nexeber.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a verilən məlumatda hər bir hava şəraitində sərnişindaşımaların təşkili və fasiləsizliyin təmin olunması üçün davamlı tədbirlər görülür:
“Hələ payız mövsümündə daşıyıcılara qışa hazırlıqla bağlı tapşırıqlar verilib. Həmçinin, proqnozlaşdırılan qarlı hava şəraitilə əlaqədar da xəbərdarlıq edilib.
Fevralın 24-də qarlı hava şəraitində avtobusların hərəkətində yaranan çətinlik yolların buz və qarla örtülməsi ilə əlaqədar idi. Xüsusən də yüksək relyefli ərazilərdə yerləşən istiqamətlərdə hərəkət ermək mümkün deyildi. Belə olan halda avtobusların bu ərazilərə getməsi təhlükəli olardı”, - deyə BNA rəsmisi Mais Ağayev bildirib.
Mais Ağayev belə hava şəraitində yollar mütəmmadi olaraq təmizlənmədiyindən avtobusların hərəkətində çətinlik olduğunu vurğulayıb.