Azərbaycanda bir dəqiqəlik sükut olacaq
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.
Nexeber.az xəbər verir ki, bu barədə İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov məlumat yayıb.
O bildirib ki, bu gün 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:
“Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir.
Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər bir dəqiqəlik dayanacaq”.