Bakıda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır



 11:39 12.05.2021     404

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Nexeber.az APA-ya istinadən bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Loğmanov Rəhman Loğman oğlu yolu keçərkən onu "VAZ 21099" markalı nəqliyyat vasitəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.