Uşaqların peyvənd olunması ilə bağlı KAMPANİYA



 12:48 27.04.2023     263

Bəzən valideynlər uşaqlarını peyvənd etdirmirlər və ya bu barədə düşünmürlər də. Nəticədə, uşaqlar peyvənddən yayındırılır və onlar prosesdən kənarda qalırlar.

Demedia.az xəbər verir ki, elə buna görə də Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Avropa İmmunlaşdırma Həftəsində uşaqların peyvənd olunması ilə bağlı maarifləndirmə kampaniyasına start verib.

Bu məqsədlə Yevlax şəhərində də peyvəndləmə tədbiri keçirilib. Bəzi hallarda valideynlərin işdən vaxt ayıra bilməməsi və digər səbəblərdən uşaqlar peyvəndləmədən kənarda qalır. Mütəxəssislər uşaqları vaxtında peyvənd etdirməyi vacib sayırlar. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondu ilə birlikdə Azərbaycanda keçirilən aksiyanın növbəti ünvanı Yevlax şəhəri oldu. Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində Avropa İttifaqının maliyyələşdirdiyi «Vaksinasiyaya Dəstək» layihəsi “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında keçirilir. Aksiya çərçivəsində peyvəndləmədən kənarda qalan uşaqların peyvəndə cəlb olunması istiqamətində fəaliyyətlər davam etdirilir. Bundan başqa 2022-ci ilin göstəricilərinə görə peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan 11 rayonda monitorinqlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Göygöl, Mingəçevir, Yevlax və Qobustanda valideyn konfranslarının təşkili planlaşdırılır.