Göyçay sakinləri qan verdi
Göyçayda qanvermə aksiyası keçirilib.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, aksiyada rayon ictimaiyyətinin nümayəndələri fəallıq nümayiş etdiriblər.
Qanvermədə müəssisə və təşkilatlar, təhsil və mədəniyyət idarələri eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının nümayəndələri iştirak ediblər. Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə qan xəstəliyindən əziyyət çəkən insanlara yardım etmək və onlara dəstək olmaqdan ibarətdir. Səhər saatlarından başlayan aksiyada rayon sakinləri fəal iştirak edib. Gün ərzində 200-250 nəfər insan qan verə bilib. Ənənəyə uyğun olaraq hər il rayon sakinləri qanvermə aksiyalarında yaxından iştirak edirlər. Onlar verdikləri qanın hər hansı xəstənin şəfa tapmasına vəsilə olacağına görə özlərini xoşbəxt sayırlar