Oğlunun heyfini düşməndən alan qəhrəmanlar anası: “Aslanaın erkəyi, dişisi olmaz"
Bəli, zaman-zaman bu məsəl tarixdə özünü doğruldub. İgidi doğub bu dünyaya bəxş edən də ana, ona vətəni sevməyi, uğrunda can verməyi öyrədən də anadır. Elə o dəyərli qadının müqəddəs ANA adı da bu üzdən uca tutulur. Lazım gəlsə hətta şəhid övladının qanını almaq üçün, əlinə silah alıb qisas üçün düşməni üzərinə yeriyən də qadındır.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, Bərdə rayon sakini Ələviyyə Nəsirova kimi. O qəhrəman ana və qəhrəmanın anasıdır. 1991-ci ildən başlayan aktiv döyüş əməliyyatlarına Ələviyyə ananın oğlu Mürvət də qatılır. İlk döyüş yolu Ağdamda yaradılan ərazi özünümüdafiə batalyonundan keçən Mürvət valideynlərinin xeyir duasını aldıqdan sonra Vətənin müdafiəsinə qalxır. Fəal döyüş əməliyyatlarının iştirakçısı olur. Bir müddət sonra isə yeni yaradılan Bərdə ərazi özünümüdafiə batalyonunda xidmətini davam etdirir. Oğlunu böyük bir izdihamla dəfn edən Ələviyyə ana məzar başında oğlunun qanını almağa söz verir. Onun verdiyi sözü tutması təkcə oğlunun ruhunu rahat etmir, həm də onunla eyni dövrdə yaşa dolan gənclərin vətənpərvərlik ruhunu artırır. Ələviyyə ana düşməndən oğlunun heyfini almağa nail olur. Ələviyyə Nəsirova oğlunun qisasını aldıqdan sonra da sakit dayanmır. O, atəşkəs dövründə bütün keçmiş cəbhəboyu ərazilərdə ön xəttə qədər gedərək oğlu ilə birgə yardımlar paylayır. Bu gün şəxsi arxivindəki sənədlərin böyük hissəsi Ələviyyə Nəsirovanın hərbi hissələrə səfərlərini özündə əks etdirir. Bunlar isə adi sənədlər yox, özündə böyük bir sücaəti yaşadan tarixi faktlardır. Bir ananın Vətən yolundakı qəhrəmanlığının ən bariz nümunəsidir.