Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb



 12:45 13.05.2021     320

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Nexeber.az bildirir ki, 1978-ci il təvəllüdlü Daçenko David İvan oğlu qarının kəsilmiş deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
O, əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 43 yaşlı kişi mübahisə zəmnində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.