Azərbaycanlı general-polkovnik vəfat etdi
Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.
Nexeber.az xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.
Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, T.Ağahüseynov 1923-cü il fevralın 1-i Şəkidə anadan olub. İkinci Dünya Müharibəsində iştirak edib.
O, 1997-ci ilin aprelin 17-dən 2002-ci ilin aprelin 2-dək Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, sonrakı dönəmlərdə müxtəlif vəzifələrdə çalışıb.
2021-ci ilin yanvar ayına qədər Republika Veteranlar Təşkilatının sədri olub.
T.Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır.
Allah rəhmət eləsin!