Müharibə iştirakçısı qazini döydü - VİDEO
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.
Döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. Daha sonra o, DTSERA-nın əməkdaşına hücum edib.
Nəticədə Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur, əməliyyat olunacaq.