Cəlilabadda ağır qəza: Sürücünün övladı öldü


Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Nexeber.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, idarəetməni itirən “Nissan Sanni” markalı minik avtomobili yolun kənarına aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Ölənin şəxsin sürücünün azyaşlı övladı olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.