Bakıda avtomobil vuran şəxsin ayağı amputasiya edildi



 11:03 14.05.2021     276

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfərin iki ayaq sümüyü sınıb.

Nexeber.az bildirir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Güləhmədov Samir Əlikram oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralının hər iki ayaq sümüyü sınıb. O, xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat zamanı sol ayağı amputasiya edilib.