Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbirlər planı
1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, uşaqlar mövzusunda danışdıqda ilk növbədə onların hüquqlarının qorunması məsələsi gündəmə gəlir.
Bu xüsusda televiziya kanallarının da üzərinə məsuliyyət düşür. Telekanallar uşaqlar haqqında videomateriallar hazırlayarkən diqqətli olmalıdır. Audiovizual Şura uşaqların hüquqlarının qorunması prinsiplərini əsas tutaraq efirə gedən materiallar arasında monitorinqlər həyata keçirir. Telekanallar monitorinqlərin nəticələri barədə məlumatlandırılır. Telekanallarda uşaqlarla bağlı material hazırlanarkən onların hekayəsi və ya görüntüsünün yer aldığı mövzularda təqdimetmənin uyğunluğuna diqqət edilməlidir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Gəncədə keçirilən dəyirmi masada uşaqlara dair strategiyanın keçirilməsi üzrə şuranın 2020-2025-ci illəri əhatə edən fəaliyyət planı haqqında da məlumat verildi. “Audiovizual mediada uşaq hüquqlarının müdafiəsi” mövzusunda təşkil edilən tədbirdə uşaq hüquqlarının müdafiəsinin qorunması mövzusunda müzakirələr aparıldı. Müzakirələrdə Kəpəz Tv, El Tv, Kanal S, ARB Günəş və digər televiziyaların əməkdaşları da iştirak etdilər. Uşaqların təhlükəsizliyi, hüquq və mənafelərinin qorunması barədə fikilər səsləndirildi. Belə tədbirlərdə valideynlərin də iştirakı təklif edildi.